[b]“Pakistan”lı futbolçu Roberto Karlosa şok yaşatdı[/b] - VİDEO
22.05.2017 - 10:14
[b]“Pakistan”lı futbolçu Roberto Karlosa şok yaşatdı[/b] - VİDEO

Braziliya futbolunun canlı əfsanəsi Roberto Karlos qatıldığı televiziya proqramında sürprizlə qarşılaşıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ötənlərin ulduz futbolçusu canlı yayımda yarışdığı şəxsin kimliyini öyrənincə xeyli sevinib.

 

Belə ki, Karlos topun yerə düşməməsi şərtilə paslaşdığı insanın pakistanlı olduğunu zənn edib. Rəqibinə yenilincə təəccüblənən 44 yaşlı mütəxəssis qarşısındakının taxma saç və saqqalı çıxarması ilə şoka düşüb. Çünki rəqibi uzun illər Braziliya millisində çiyin-çiyinə oynadığı Rivaldo idi. Keçmiş dostunu görüncə böyük sevinc yaşayan sabiq müdafiəçi Rivaldonun yanına gedərək, onu qucaqlayıb.

 

Qeyd edək ki, Rivaldo ilə Roberto Karlos 1993-cü ildən 2003-cü ilə qədər Braziliya yığmasında komanda yoldaşı olublar.

0