[b]İslamiada: 20 medalçı mükafat aldı[/b]
22.05.2017 - 13:31
[b]İslamiada: 20 medalçı mükafat aldı[/b]

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında IV İslam Həmrəyliyi Oyunları ilə bağlı ənənəvi “Zəfər günləri” keçirilib. Apasport.az saytının məlumatına görə, dünən medal qazanan idmançılar mükafatlandırılıblar.

 

Tədbirdə Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un vitse-prezidenti Xəzər İsayev, baş katibi Ağacan Abıyev və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak ediblər.

 

Rəsmilər qızıl medalçılar – Mariya Stadnik (qadın güləşi, 48 kq), Leyla Qurbanova (qadın güləşi, 53 kq), Tatyana Omelçenko (qadın güləşi, 60 kq), Elis Manolova (qadın güləşi, 69 kq), Rüfət Gülalıyev (zorxana, səngi yarışı), kişi futbolçulardan ibarət millimiz, kişi basketbolçulardən ibarət yığmamız (3x3), Olqa Bıkovskaya (suyatullanmanın 3 metr tramplin növü) və qadın basketbolçulardan ibarət yığmamız (3x3), gümüş mükafatçılar - Natalya Sinişin (qadın güləşi, 55 kq), Alyona Kolesniki (qadın güləşi, 58 kq), Səbirə Əliyeva (qadın güləşi, 75 kq), kişi voleybolçulardan ibarət yığmamız, Artyom Danilov və Dmitri Sorokin cütü (kişilərin 10 metr platforma sinxron yarışı), Xəyyam Orucov (zorxana, milbazi yarışı), həmçinin “bürünc” əldə etmiş Elmira Qəmbərova (qadın güləşi, 63 kq) və Məmmədi Salamovu (zorxana, kəbbadə yarışı)  mükafatlandırıblar. Bundan əlavə, zorxananın çərxi-çəməni növündə “gümüş”, çərxi-tiz və milsəngi növlərində isə “bürünc” qazanmış Orxan Xanlarov da mükafatına qovuşub.

 

Daha sonra xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, yığmamız dünən aktivinə 20 medal (9 “qızıl”, 7 “gümüş”, 4 “bürünc”) yazdırıb.

0