[b]“Gilan Şahmat Klubu”nun II turniri keçirilib - FOTOSESSİYA[/b]
22.05.2017 - 17:15
[b]“Gilan Şahmat Klubu”nun II turniri keçirilib - FOTOSESSİYA[/b]

Dünən “Gilan Holding”ə məxsus şirkətlərin əməkdaşları arasında şahmat turniri keçirilib. Apasport.az saytının məlumatına görə, “Gilan Şahmat Klubu”nun təşkil etdiyi yarış ümummilli lider Heydər Əliyevin ildönümünə və 28 May Respublika Gününə həsr olunub.

 

Klubun sayca 2-ci dəfə təşkil etdiyi turnirdə bu dəfə daha çox iştirakçı – 24 nəfər mübarizə aparıb. Klubun təçkil etdiyi və artıq ənənə halını almaqda olan şahmat turnirlərinin ilki ötən ilin 18 dekabrında keçirilmişdi.

 

Dünən baş tutan və 7 turdan ibarət olan yarışın yekununda bütün rəqiblərinə qalib gələn Şəmi Abdullayev (“Gilan Holding”in Baş ofisinin Maliyyə Departamentində təcrübəçi) 1-ci yerə layiq görülüb. Hərəyə 5 xal toplayan Ziya Talıbov (“AzSığorta” ASC-nin Direktorlar Şurasının üzvü) və Zəfər Səmədov (Gilan Kənd Təsərrüfatı Qrupunda torpaqşünas) uyğun olaraq, 2-ci və 3-cü yerləri tutublar. Onlar digər eyni - 5 xal toplamış Mahir Quluyev və Mətin Kərimovdan əlavə əmsallarda üstün olublar.

 

Birinci turnirlə müqayisədə iştirakçı sayının artması ilə yanaşı, ilk dəfə qadın şahmatçılar da yarışıblar. Nəticədə Ceyran Fərəzi (“Gilan Holding”in Baş ofisinin İşə qəbul Departamentində işə qəbul üzrə mütəxəssis) qadınlar arasında 1-ci, Yana Kalmıkova (Dərs Evi MMC-də Cari kurslar üzrə koordinator) isə 2-ci yerə layiq görülüb.

 

Təhsil Respublika İdman Mərkəzinin baş məşqçisi Raul Quliyevin hakimlik etdiyi turnirin qalib və mükafatçıları müvafiq olaraq, kubok, medal və xüsusi hədiyyələrlə təltif ediliblər.

 

Qeyd edək ki, “Gilan Şahmat Klubu” “Gilan Holding”in Baş ofisinin təşəbbüsü ilə ötən il yaranıb. 2016-cı ilin noyabrında fəaliyyətə başlamış klubun prezidenti və təsisçisi Eldar Laçınovdu.

0