SİZİN REKLAM BURADA

“Finalda uduzsaydıq, bunu həzm edə bilməzdik"

IV İslam Həmrəyliyi Oyunlarında qızıl medalçı olan U-23 millimizin üzvü Mahir Mədətov jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə “Qarabağ”ın hücumçusu maraqlı fikirlər səsləndirib.

 

- Baş məşqçi yarışdan öncə millimizin qrupdan çıxmasının da bizim üçün uğur sayılacağını bildirmişdi. Bəs siz İslamiadadan əvvəl nə düşünürdünüz?

- Həqiqətən də, ilk məqsədimiz qrupdan çıxmaq idi. Tam səmimi desəm, bu yerə gəlib çıxacağımızı heç düşünmürdüm. Finalda uduzsaydıq, bunu həzm edə bilməzdik. Vətənimizdə oynayırdıq, qələbə qazanmalı idik. Bunu bacardığımız üçün çox sevincliyəm. Məncə, haqqımız idi, uşaqlar çox əziyyət çəkdilər.

 

- Omanla keçirilən final matçında 2 qol vuraraq, qələbədə mühüm rol oynadınız. Buna görə, özünüzü qəhrəman sayırsınız?

- Deməzdim. Daha çox qapıçını qəhrəman sayardım. Çünki Şahruddin 4 oyunda, həqiqətən də, əla oynadı. Müdafiə xəttini də qeyd etmək istərdim. Finala qədər qol buraxmamışdıq. Yalnız sonuncu matçda qapımızın toxunulmazlığını saxlaya bilmədik. Sözün açığı, həmin epizodda rəqib futbolçu yaxşı zərbə endirdi. Finalda isə mənim günüm idi. Amma uşaqların hamısı əziyyət çəkdilər. Uğurda hər birinin böyük payı var. Lakin mənə görə daha çox pay sahibi Şahruddindi.

 

- Omanla matçı karyeranızın ən yaxşı oyunu saymaq olarmı?

- Bəlkə də, olar.

 

- Final görüşündə qapıya vurduğunuz 3-cü zərbə tirdən qayıtdı. Həmin zərbəni effektlilik baxımından imza atdığınız 2 qoldan daha yaxşı adlandıra bilərik?

- O an mənə gecə yatmağa imkan verməyib. Özümü bir anlıq həmin epizoda qaytarmaq istərəm ki, epizodu qola çevirim. Qismət belə imiş, nə etmək olar?

 

- İslamiadadakı uğura görə alacağınız məbləğ dəqiq müəyyənləşib?

- Komandada yaşca ən balacayam, mənə heç kim heç nə demir (gülür).

 

- “Qarabağ”la bu il Çempionlar Liqasının qrup mərhələsinə düşsəniz, hansı uğur sizin üçün daha dəyərli olacaq?

- Bir də ilk dəfə çempion olanda belə sevinmişdim. Çünki birinci dəfə idi o hissi yaşayırdım. Növbəti dəfə çempion olanda isə artıq vərdiş edirsən. Amma Çempionlar Liqasının qrup mərhələsinə düşsək, yəqin ki, bundan çox sevinərəm.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

1

1 0 0 3-1 3

2.

Zirə

1

1 0 0 2-1 3

3.

Qəbələ

1

1 0 0 2-1 3

4.

Sumqayıt

1 1 0 0 2-1

3

5.

Kəpəz

1

0 0 1 1-2 0

6

Səbail

1

0 0 1 1-2 0

7.

İnter

1

0 0 1 1-2 0

8.

Neftçi

1

0 0 1 1-3 0
               

 

Top 10