[b]Marina Durunda Avropa çempionatında 7-ci oldu[/b]
23.05.2017 - 10:38
[b]Marina Durunda Avropa çempionatında 7-ci oldu[/b]

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan millisi də iştirak edib.

 

Ölkəmizi fərdi proqramda Marina Durunda və Jalə Piriyeva təmsil edib. Təmsilçilərimizdən Marina finala qədər irəliləyib. O, ən yaxşı nəticəni halqa ilə göstərərək, həlledici mərhələdə iştirak hüququ qazanıb. Son çıxışında 16,750 xal toplayan gimnastımız 7-ci yerdə qərarlaşıb.

 

Qitə çempionatında gənclərdən ibarət qrup komandamız da mübarizə aparıblar. Güllü Ağalarzadə, Fatimə Əkbərova, Narın Qurbanova, Dərya Sorokina və Nərmin Cahangirovadan ibarət yığmamız 27 ölkə arasında 9-cu yerdə (30.150 xal) qərarlaşıb.

 

0