[b]Abışov və Ramazanov milliyə nə vaxt qoşulacaq?[/b]
23.05.2017 - 10:40
[b]Abışov və Ramazanov milliyə nə vaxt qoşulacaq?[/b]

Mayın 21-dən Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığmasının düşərgəsinə daha 2 futbolçu qoşulacaq. Apasport.az saytının məlumatına görə, bunlar Ruslan Abışov və Ağabala Ramazanovdu.

 

IV İslam Həmrəyliyi Oyunlarında U-23 millimizin heyətində yer almış futbolçular bu səbəbdən əsas yığmanın baş məşqçisi Robert Prosineçkinin sərəncamında deyildilər. Onların Bad-Erlaxa nə vaxt yollanacaqları dəqiqləşib.

 

Abışov və Ramazanov sabah ölkəni tərk edərək, millinin Avstriyadakı toplanışına qatılacaqlar.

 

Qeyd edək ki, iyunun 3-dək Bad-Erlaxda hazırlıq keçəcək yığmamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində ayın 10-da Şimali İrlandiyanı qəbul edəcək.  

0