[b]Azərbaycan İslamiada tarixinin ikincisidi[/b]
23.05.2017 - 10:41
[b]Azərbaycan İslamiada tarixinin ikincisidi[/b]

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları yarışın tarixinin ən yaxşılarının siyahısında dəyişikliklərə səbəb olub. Apasport.az saytının məlumatına görə, dörd yarışdan baş tutan üçünün ümumi nəticələrində Azərbaycan millisi də irəliləyib.

 

Evdə keçirilən yarışda 75-i qızıl, 50-si gümüş, 37-si bürünc olmaqla, 162 medal qazanan yığmamız İslamiadalar tarixinin ikinci komandasına çevrilib. Belə ki, artıq idmançılarımızın hesabında 85 qızıl, 63 gümüş və 53 bürünc mükafat var. Üç yarış ərzində 201 medal qazanmışıq.

 

2005-ci ildə Səudiyyə Ərəbistanında 4 qızıl, 4 gümüş və 7 bürünc medal əldə edən komandamız 2013-cü ildə İndoneziyada nəticəsini yaxşılaşdırmışdı. 4 il öncə qazancımız 6 qızıl, 9 gümüş və eyni sayda bürünc idi.

 

İslamiadalar tarixinin ən yaxşısı isə Türkiyədi. Qonşu ölkə təmsilçisi Bakıda qazandığı 71 qızılla ümumi çempionluq sayını 96-ə çatdırıb. Ümumilikdə isə qonşularımızın 305 medalı var.

 

İlk “üçlüy”ü Bakıda da 3-cü olan İran qapayır. 187 mükafatı olan cənublular 79 dəfə çempionluq sevinci yaşayıb.

 

Qeyd edək ki, 2005-ci ildə 108, 2013-cü ildə 182, 2017-ci ildə 268 medal dəsti oynanılıb. Üç yarış ərzində 1841 medal - 560 qızıl, 556 gümüş, 725 bürünc medal sahibini tapıb.

 

İslamiada tarixinin “onluğ”u

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Türkiyə

95

100

110

305

2

Azərbaycan

85

63

53

201

3

İran

79

52

56

187

4

Misir

46

51

49

146

5

İndoneziya

43

64

59

166

6

Səudiyyə Ərəbistanı

35

21

31

87

7

Malayziya

31

22

37

90

8

Mərakeş

25

26

33

84

9

Əlcəzair

15

28

42

85

10

Özbəkistan

15

17

31

63

 

0