[b]Azərbaycanlı menecer “Yuventus"da foruma qatıldı[/b]
23.05.2017 - 11:08
[b]Azərbaycanlı menecer “Yuventus"da foruma qatıldı[/b]

İtaliyada dünya klublarının nümayəndələri və futbol agentlərinin “WyScout” forumu keçirilib. Apasport.az saytının məlumatına görə, foruma azərbaycanlı menecer Vaqif Heydərli də qatılıb.

 

Ötən il “Stemford Bric”də təşkil edilən tədbir bu dəfə “Yuventus" stadionunda keçirilib. 105 klub nümayəndəsi və 45 menecerin qatıldığı forum tanışlıq xarakteri daşıyıb, əlaqələrin genişlənməsi, transfer bazarındakı son duruma baxış kimi məsələlər müzakirə edilib.

 

Forumun yaradıcısı və prezidenti Matteo Kampodoniko İtaliya mətbuatına açıqlamasında artıq gənc futbolçularla çalışmağa başladıqlarını bildirib: “Bu forum 2004-cü ildə istifadəyə verilib. Məqsəd oyunların analizini aparmaq və bununla klublara kömək etməkdi. Artıq gənc futbolçularla bağlı da fəaliyyətə başlamışıq”.

 

“WyScout” 300 min futbolçunun oyununu təhlil edən, onların işi ilə məşğul olan şirkətdi. Həmin oyunçularla bağlı detallar internetə yerləşdirilib ki, bu da transfer bazarında klublara kömək olur. Təxminən 500 insanla əməkdaşlıq edən forumun dövriyyəsi 8 milyon avrodu. “WyScout”un bazası İtaliyada yerləşsə də, şirkət Şanxayda və digər şəhərlərdə də ofis açmağı planlaşdırır. İldə bir dəfə təşkil edilən forumun gələn il “Old Trafford”da olması gözlənilir.

 

Qeyd edək ki, Vaqif Heydərli foruma qatılmazdan əvvəl iki həftə Portuqaliyada olub, yüksək liqa, həmçinin I və II liqada keçirilən matçları izləyib.

0