[b]İslamiada: Son medalçılar da mükafatlandırıldı[/b]
23.05.2017 - 11:09
[b]İslamiada: Son medalçılar da mükafatlandırıldı[/b]

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında IV İslam Həmrəyliyi Oyunları ilə bağlı sonuncu “Zəfər günləri” keçirilib. Apasport.az saytının məlumatına görə, dünən medal qazanan idmançılar mükafatlandırılıblar.

 

Tədbirdə Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti, eyni zamanda MOK-un baş katibinin müavini Azər Əliyev iştirak ediblər.

 

Rəsmilər gümüş medalçılar - qadınlardan ibarət stolüstü tennis yığması (Jinq Ninq, Xinqtai Çen, Miao Vanq), Elçin Eminov (uşu, 56 kq), Bayram Şəmmədov (uşu, 65 kq), Vüqar Kərimov (uşu, 70 kq) və “bürünc” əldə etmiş kişilərdən ibarət stolüstü tennis yığması (Çenci Vanq, Xinyu Yanq, Sinanq Yu), Orxan Hətəmov (uşu, 48 kq), Ruslan Pirəliyev (uşu, 60 kq) və Pərviz Abdullayevi (uşu, 75 kq) mükafatlandırıblar. 

 

Daha sonra xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, yığmamız dünən aktivinə 8 medal (4 “gümüş”, 4 “bürünc”) yazdırıb.

 

0