[b]“Fənərbaxça”nın futbolçusu həbsə düşdü[/b]
23.05.2017 - 11:54
[b]“Fənərbaxça”nın futbolçusu həbsə düşdü[/b]

“Fənərbaxça”nın futbolçusu Ozan Tufan həbsə düşüb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb onun qaçaqmalçılıqla məşğul olan dəstə ilə iş görməsidi.

 

Belə ki, İstanbul polisi ölkəyə qanunsuz yolla lüks avtomobillər gətirən dəstə ilə bağlı əməliyyat gerçəkləşdirib. Baş prokurorun təlimatından sonra polis 46 nəfər haqqında verilən saxlanılma qərarını yerinə yetirmək üçün hərəkətə gəlib. Səhər saatlarında şübhəli şəxslərin evlərinə hücum olub və axtarış aparılıb.

 

Ələ keçirilən sənədlərə əsasən məlum olub ki, “Fənərbaxça”nın yarımmüdafiəçisi Ozan Tufan dəstədən qeyri-qanuni yolla lüks avtomobil alıb. Bu səbəbdən Türkiyə millisinin 22 yaşlı futbolçusu da saxlanılıb.

0