[b]“Qəbələ”də 3 ayrılıq[/b]
23.05.2017 - 13:11
[b]“Qəbələ”də 3 ayrılıq[/b]

2016-17 mövsümünü 2-ci pillədə başa vuran “Qəbələ” heyətində “təmizləmə işləri”ni davam etdirir. Apasport.az saytının məlumatına görə, “qırımızı-qaralar” daha 3 oyunçu ilə yollarını ayırıblar.

 

Mövsüm başa çatan kimi, Teo Uiks, Rəşad Eyubov, Daniel Subotiç, Məhəmməd Mirzəbəyov və Sergey Zenyovu yola salan bölgə təmsilçisi bu dəfə 2 yerli, 1 əcnəbi ilə vidalaşıb. Bunlar mərkəzi müdafiəçiləri Rafael Santos, Murad Musayev və yarımmüdafiəçi Rəşad Sadiqovdu.

 

Hazırda ölkəsi Braziliyada olan Santosla yeni müqavilə imzalamaqdan imtina edən “Qəbələ” rəhbərliyi müdafiənin mərkəzinə yeni oyunçu axtarışlarına başlayıb.

 

Həmçinin akademiyanın yetirməsi olan Murad Musayev də özünü doğrulda bilmədiyindən, məşqçilər korpusunun gələcək planlarına daxil edilməyib.

 

Vitse-kapitan Rəşad Sadiqovun isə qalacağı gözlənilsə də, baş məşqçi Roman Qriqorçuk ona da ehtiyac duymayıb. Ukraynalı mütəxəssisin bu qərarında çox güman ki, Sadiqovun yaşının çoxluğu böyük rol oynayıb.

0