[b]“İnter” II təsnifatda səpələnəcək[/b]
23.05.2017 - 14:12
[b]“İnter” II təsnifatda səpələnəcək[/b]

Avropa Liqasında I təsnifat mərhələsinin 72 iştirakçısı bəllidi. Apasport.az saytının məlumatına görə, bu raundda çıxış edəcək 100 klubdan yalnız 28-nin adı dəqiqləşməyib.

 

Azərbaycanı bu mərhələdə “İnter”lə “Zirə” təmsil edəcək. Paytaxt klublarından yalnız birinin püşkatmada yer alacağı səbət dəqiqdi.

 

“İnter” 29 səpələnmiş komandada biridi. Bu siyahıya  “Srvena Zvezda” (Serbiya), “Skenderbeu” (Albaniya), “Milsami” (Moldova), “Osiyek” (Xorvatiya), “Olimpiya” (Sloveniya), “Domjale” (Sloveniya), “Ferensvaroş” (Macarıstan) və “Rabotniçki” (Makedoniya) də yeni qoşulub.

 

Bu “29-luğ”un mümkün rəqibləri isə səpələnməmişlər sırasında yer alacaq. Belə komandalardan 37-si məlumdu. Yəni “İnter”in mümkün 37 rəqibi var. “Partizani” (Albaniya), “Linkoln” (Cəbəllütariq), “Rujomberok” (Slovakiya), “Zarya” (Moldova), “Floriana” (Malta), “Sent Culiya” (Andorra) və “Tre Penne” (San-Marino) rəqiblər siyahısına yeni düşənlərdi.

 

Digər təmsilçimiz “Zirə” isə hansı səbətdə olacağı bilinməyən 7 klubdan biridi. Artıq “Differdanj” (Lüksemburq) və “Nova Qoritsa” (Sloveniya) da artıq bu komandalar sırasındadı.

 

Avropa Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

“Dinamo” (Belarus), HİK (Finlandiya), AİK (İsveç), “Voyvodina” (Serbiya), AEL (Kipr), “Slovan” (Slovakiya), “Srvena Zvezda” (Serbiya), “Skenderbeu” (Albaniya), “Sent Conston” (Şotlandiya), “İnter” (Azərbaycan), “Ventspils” (Latviya), “Odd” (Norveç), “Kayrat” (Qazaxıstan), “Reykyavik” (İslandiya), “Norçepinq” (İsveç), “Kalyu” (Estoniya), “Milsami” (Moldova), “Osiyek” (Xorvatiya), “Olimpiya” (Sloveniya), “Domjale” (Sloveniya), “Valletta” (Malta), “Styarnan” (İslandiya), “Hoqesund” (Norveç), “Ordabası” (Qazaxıstan), “Levadiya” (Estoniya), “Kruzaders” (Şimali İrlandiya), “Qlazqo Reyncers” (Şotlandiya), “Ferensvaroş” (Macarıstan), “Rabotniçki” (Makedoniya)

 

Səpələnməmişlər

“Mladost” (Monteneqro), “Şemrok Rovers” (İrlandiya), “Çixura” (Gürcüstan), “Yelqava” (Latviya), SJK (Finlandiya), “Partizani” (Albaniya), “Linkoln” (Cəbəllütariq), “Kork Siti” (İrlandiya), B-36 (Farer adaları), “Derri Siti” (İrlandiya), “Liepaya” (Latviya), “Vaasa” (Finlandiya), “Rujomberok” (Slovakiya), “Zarya” (Moldova), “Valyur” (İslandiya), “Atlantas” (Litva), “Suduva” (Litva), “Torpedo” (Gürcüstan), “Trakai” (Litva), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), “Runavik” (Farer adaları), “Tre Penne” (San-Marino), “Baltsan” (Malta), “Konnak” (Uels), “Banqor” (Uels), “Vaşaş” (Macarıstan), “Santa Koloma” (Andorra), “Proqres” (Lüksemburq), “Pelister” (Makedoniya), “Kolreyn” (Şimali İrlandiya), “Klaksvik” (Farer adaları), “Ballimena” (Şimali İrlandiya), “Folqor” (San Marino), “Sent Cozef” (Cəbəllütariq), “Floriana” (Malta), “Sent Culiya” (Andorra)

 

Qeyri-müəyyənlər

 “İrtış” (Qazaxıstan), “Zirə” (Azərbaycan), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Fola” (Lüksemburq), “Şkendiya” (Makedoniya), “Differdanj” (Lüksemburq), “Nova Qoritsa” (Sloveniya)

 

Azərbaycan Premyer Liqasının vitse-çempionu “Qəbələ” isə II təsnifat mərhələsindən mübarizəyə başlayacaq 16 komandadan biridi. Təmsilçimiz səpələnmişlərdən olacağı dəqiqləşən 6 komanda sırasındadı.

 

Bu mərhələnin püşkatmasında 16 klub və 50 cütlük iştirak edəcək. Bakı “İnter”inin yer alacağı I təsnifat mərhələsinin cütünün növbəti püşkdə də səpələnəcəyi də artıq dəqiqləşib. Paytaxt klubuna ardıcıl iki raundda aşağı reytinqli rəqib düşəcək.

 

II təsnifat mərhələsi

Səpələnmişlər

“Hayduk” (Xorvatiya), “Apollon” (Kipr), “Brondbü” (Danimarka), “Qəbələ” (Azərbaycan), AEK (Kipr), “Makkabi” (Təl-Əviv, İsrail)

 Səpələnməmişlər

“Ostersun” (İsveç), “Brann” (Norveç)

 

0