[b]“Bu, ölkəmizin imkanlarını və istedadını bütün dünyaya nümayiş etdirdi”[/b]
23.05.2017 - 14:42
[b]“Bu, ölkəmizin imkanlarını və istedadını bütün dünyaya nümayiş etdirdi”[/b]

“IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri möhtəşəmliyi ilə fərqləndi. Bu, ölkəmizin imkanlarını və istedadını bütün dünyaya nümayiş etdirdi”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib. 

 

Dövlət başçısı deyib ki, açılış mərasimində Azərbaycan xalqı öz milli, mənəvi dəyərlərinə sadiq qaldığını və bu dəyərləri qoruduğunu, islamın sülh, mədəniyyət dini olduğunu göstərib, Azərbaycanın zəngin mədəniyyəti və tarixini bütün dünyaya nümayiş etdirib: “Bağlanış mərasimində isə Azərbaycan dünyaya mütərəqqi və müasir ölkə kimi təqdim olundu. Bu iki amil müasir Azərbaycan dövlətini təcəssüm etdirir. 10 gün ərzində bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir. Bizi əqidəmiz, tariximiz, baxışlarımız birləşdirir”. 

 

0