[b]“Kəpəz” daha bir futbolçunu heyətinə qatdı[/b]
23.05.2017 - 14:46
[b]“Kəpəz” daha bir futbolçunu heyətinə qatdı[/b]

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə razılığa gəlib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Azər Məmmədovla anlaşıb.

 

Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Məmmədov son mövsümü “Turan Tovuz”da keçirib və bu il I divizionun çempionu adını qazanıb.

 

Qeyd edək ki, “Kəpəz” bundan öncə İlyas Səfərzadə (“Qarabağ”), Kamran Abdullazadə (“Sumqayıt”), İlkin Sadıqov (“Turan Tovuz”) və Tural Cəlilovu  ("Zirə") heyətinə qatmışdı.

 

 

0