[b]“İnter”in yeni baş məşqçisi müəyyənləşdi[/b]
23.05.2017 - 15:19
[b]“İnter”in yeni baş məşqçisi müəyyənləşdi[/b]

Milan “İnter”ində yeni baş məşqçinin adına aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “neradzurra” Luçiano Spelletti ilə anlaşıb.

 

İtaliya nəhəngi “Atletiko”nun baş məşqçisi Dieqo Simeone ilə maraqlansa da, Madriddə qalacağını bildirən argentinalı bu təklifi qəbul etməmişdi. Bundan sonra “Roma”dan ayrılacağını açıqlayan Spalletti ilə danışıqlar aparan yeni rəhbərlik onun razılığını ala bilib.

 

Tərəflər arasında ilkin anlaşmaya görə, 58 yaşlı mütəxəssis gələn həftə 3 illik müqaviləyə qol çəkəcək. Onun burdakı illik məvacibi 4 milyon avro olacaq.

 

Qeyd edək ki, Luçiano Spalletti “Roma”nın “sükanı arxası”na ötən il keçib.

0