[b]Yığmamızın rəqibinin heyətində daha iki futbolçu[/b]
23.05.2017 - 16:13
[b]Yığmamızın rəqibinin heyətində daha iki futbolçu[/b]

DÇ-2018-in seçmə mərhələsinin iyunun 10-da keçiriləcək görüşündə Azərbaycan millisinin qonağı olacaq Şimali İrlandiya yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Maykl Onil daha iki oyunçunu millinin düşərgəsinə çağırıb.

 

Bunlar Şotlandiyanın “Kilmarnok” klubunun üzvü Cordan Cons və İngiltərə “Lids”in oyunçusu Beyli Pikok-Farreldi. Onlar iyunun 2-də Yeni Zelandiya ilə yoxlama, 8 gün sonra millimizlə baş tutacaq görüşlərin hazırlığına qatılacaq.

 

Farrel millinin debütantıdı. 21 yaşlı qapıçı hələ əsas yığmada rəsmi oyun keçirməyib. “Kilmarnok”un 23 yaşlı yarımmüdafiəçisi də debüt ümidi ilə millinin düşərgəsinə yollanır. Vaxtilə U-19-da oynamış Cons əsas yığmada da şans qazanmaq imkanı əldə edib.

 

0