[b]Azərbaycan dünya çempionatına Türkiyə ilə oyunla başlayır[/b]
23.05.2017 - 18:11
[b]Azərbaycan dünya çempionatına Türkiyə ilə oyunla başlayır[/b]

Bu gün kişi voleybolçular arasında dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 2018-ci ildə İtaliya və Bolqarıstanın ev sahibliyi edəcəyi mundial üçün ilk sınağına sabah çıxacaq.

 

Belə ki, Fərid Cəlalovun yetirmələrinin yer aldığı A qrupunun oyunları sabah başlayacaq. Fransanın Lion şəhərində keçiriləcək matçlarda ilk rəqibimiz Türkiyə olacaq. Komandamız ardınca müvafiq olaraq, Almaniya, Ukrayna, Fransa və İslandiya ilə üz-üzə gələcək. Görüşlərimizdən 3-ü Bakı vaxtı ilə saat 17:00-da, 2-si 19:30-da start götürəcək.

 

İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanan komandamızdan burda ciddi uğur gözlənilmir. Çünki İslandiya və Ukrayna istisna olmaqla, digər yığmalar qitədə öz sözlərini dediklərindən onlara qarşı layiqli müqavimətin özü yüksək qiymətləndiriləcək. Yəni voleybolçularımızın dünya çempionatının seçmə mərhələsində ikinci cəhdi yalnız təcrübəyə hesablanıb. Çünki komandamız Fransada qazanacağı təcrübəni Avropa Liqasında və qitə çempionatında “xərcləməyi” planlaşdırır. Bu, növbəti mundialda da köməyimizə yetə bilər.

 

Qeyd edək ki, reqlamentə əsasən yalnız qrup qalibləri mərhələ adlayacaqlar. İkinci yerin sahibləri isə pley-offda oynayacaqlar.

 

A qrupu

24 may

17:00. Türkiyə - Azərbaycan

19:30. Almaniya - Ukrayna

22:30. İslandiya - Fransa

 

25 may

17:00. Almaniya - Azərbaycan

19:30. İslandiya - Türkiyə

22:30. Fransa - Ukrayna

 

26 may

17:00. Almaniya - İslandiya

19:30. Ukrayna - Azərbaycan

22:30. Türkiyə - Fransa

 

27 may

17:00. İslandiya - Ukrayna

19:30. Fransa - Azərbaycan

22:30. Türkiyə - Almaniya

 

28 may

17:00. Azərbaycan - İslandiya

19:30. Ukrayna - Türkiyə

22:30. Almaniya - Fransa 

0