[b]“Qarabağ”dan italiyalı hücumçuya 900 min avroluq təklif[/b]
24.05.2017 - 10:08
[b]“Qarabağ”dan italiyalı hücumçuya 900 min avroluq təklif[/b]

“Qarabağ”ın maraq dairəsində olan daha bir futbolçunun adına aydınlıq gəlib. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, Ağdam klubu bu ölkənin transfer bazarına üz tutub.

 

Azərbaycan çempionu B seriyasında çıxış edən “Trapani”nin hücumçusu Nikola Çitro ilə maraqlanır.

 

Məlumatda bildirilir ki, “Qarabağ” 27 yaşlı forvarda 3 illik müqavilə təklif edib. Çitro bunu qəbul edərsə, ağdamlıların heyətində ilinə 300 min, ümumilikdə isə 900 min avro maaş alacaq.

 

Futbolçu gələcək karyerası ilə bağlı hələlik  qərar verməyib.

 

Qeyd edək ki, 2014-cü ildən “Trapani”də çıxış edən Nikola Çitro bu komandanın heyətində çempionatda 76 oyunda 18 qola imza atıb. 

0