[b]Tərlan Əhmədovun taleyinə aydınlıq gəldi[/b]
24.05.2017 - 10:35
[b]Tərlan Əhmədovun taleyinə aydınlıq gəldi[/b]

“Şüvəlan” klubunda baş məşqçi Tərlan Əhmədovun taleyinə rəsmən aydınlıq gəlib. Klubdan apasport.az saytına verilən məlumata görə, 46 yaşlı çalışdırıcı ilə yollar ayrılıb.

 

Ötən mövsüm Premyer Liqada sonuncu yeri tutaraq, I diviziona yuvarlanan AZAL bir müddət əvvəl adını dəyişərək “Şüvəlan” olmuşdu. Paytaxt klubunun vitse-prezidenti Fikrət Hüseynov baş məşqçinin qalıb-qalmayacağına yaxın günlərdə aydınlıq gələcəyini bildirmişdi.

 

Rəhbərlik aşağı liqada çalışmaq istəməyən Əhmədovla qarşılıqlı razılıqla vidalaşıb.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” və “Neftçi”də köməkçi-məşqçi kimi fəaliyyət göstərmiş Tərlan Əhmədov 2014-cü ildən AZAL-ı çalışdırıb.

0