[b]“Bakıda ən çox xoşuma gələn...” – kolumbiyalı futbolçu[/b]
24.05.2017 - 10:39
[b]“Bakıda ən çox xoşuma gələn...” – kolumbiyalı futbolçu[/b]

“Kiçik yaşlarından xarici ölkələrdə keçirilən turnirlərdə iştirak etmək çox faydalıdı. Yeni biliklər əldə edir, başqa yerlər haqda məlumat qazanmış olursan”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadınlardan ibarət Kolumbiya millisinin futbolçusu Leysi Santos deyib.

 

Vətənində ulduz hesab edilən geniş müsahibə verib. Karyerasını vərəqləyən Leysi 2012-ci ildə Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatını yada salan Santos Bakı xatirələrini unutmayıb: “Dünya çempionatına qədər Azərbaycan haqda təsəvvürüm belə yox idi. Bu ölkənin harada yerləşməsini də bilmirdim. Mundial müddətində oranın pulunu, dilini gördüm, mədəniyyətin, iqlimin necə olduğunu bildim. Belə səfərlər başqa insanlara, dinlərə, mədəniyyətlərə hörmət etməyi öyrədir. Bakı çox inkişaf etmiş şəhərdi. Orada ən çox xoşuma gələn isə insanların yaşıllıqlara dəyər verməsi idi”.

Qeyd edək ki, Kolumbiya yığması ölkəmizdə keçirilən dünya çempionatında mübarizəni qrup mərhələsində başa vurub. Millimizi 4:0 hesabı ilə yenən cənubi amerikalılar Kanadaya 0:1, Nigeriyaya 0:3 hesabı ilə yenilib.

0