[b]“Kvekveskiri istənilən kluba keçə bilər” - “Qəbələ” rəsmisi[/b]
24.05.2017 - 11:36
[b]“Kvekveskiri istənilən kluba keçə bilər” - “Qəbələ” rəsmisi[/b]

“Qəbələ”nin yarımmüdafiəçisi Nika Kvekveskiri karyerasını Qazaxıstanda davam etdirə bilər. Apasport.az xəbər verir ki, məlumatı bu ölkənin sports.kz saytı yayıb.

 

Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı ilə müqavilə müddəti başa çatan Gürcüstan yığmasının üzvü “Tobol”la anlaşıb. Qazaxıstan klubunu çalışdıran həmyerlisi Omari Tetradze ilə görüşən 25 yaşlı yarımmüdafiəçi təklifi müsbət cavablandırıb. Hətta Nikanın yaxın günlərdə bu ölkəyə yollanaraq, rəsmi müqavilə imzalayacağı da bildirilib.

 

“Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı isə əməkdaşımızla söhbətində Kvekveskiridən cavab gözlədiklərini söyləyib: “Nika hazırda azad agent statusu daşıdığından, istənilən kluba keçə bilər. Biz də onun qalmasında maraqlıyıq. Futbolçuya təklifimizi etmişik və hazırda ondan cavab gözləyirik”.

 

Qeyd edək ki, Nika Kvekveskiri “Qəbələ”yə ötən yay “İnter”dən keçib.

0