[b]“Avtobusa minəndə qorxuram” – ulduz futbolçunun etirafı[/b]
24.05.2017 - 12:03
[b]“Avtobusa minəndə qorxuram” – ulduz futbolçunun etirafı[/b]

“Borussiya”nın yaponiyalı futbolçusu Şinji Kaqava maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi avtobusa minməkdən qorxduğunu bildirib.

 

Kaqava bunu Dortmundda baş vermiş son partlayışla əlaqələndirib. Ulduz futbolçu klubun avtobusunun yanında yaşanmış terror hadisəsinin onun psixologiyasına mənfi təsir etdiyini vurğulayıb: “Çox qorxmuşdum. Açığı, hələ də özümə gəlməmişəm. Partlayışdan sonra avtobusa əyləşmək və oyunlara getmək mənim üçün qorxuludu. Digər komandalar da terrorun hədəfi ola bilərlər. Təhlükə həmişə yaxınlıqdadı”.

 

Qeyd edək ki, Dortmunddakı məlum hadisə Çempionlar Liqasının yarımfinal mərhələsində “Monako” ilə görüşdən (2:3) əvvəl yaşanmışdı. Nəticədə “Borussiya”nın müdafiəçisi Mark Bartranın qolu qırılmışdı.

 

0