[b]19 yaşlı futbolçuya 37 illik cəza[/b]
24.05.2017 - 18:48
[b]19 yaşlı futbolçuya 37 illik cəza[/b]

İsveçrədə 19 yaşlı futbolçu barəsində ən sərt cəza tətbiq edilib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb onun hakimləri və rəqib futbolçuları qorxutması olub.

 

Belə ki, III liqa çərçivəsində baş tutan “Sent-Sulpis” – “Bursins Roll Perro” matçının gedişində rəqibi kobudluqla dayandıran birincilərin oyunçusu qırmızı vərəqə ilə cəzalandırılıb. Adı açıqlanmayan 19 yaşlı oyunçu kənara gedərək, əlində silahla meydana daxil olub və hakimin üstünə hücum çəkib. Bu hadisəni qarşılaşmanın protokoluna qeyd edən referi bunu federasiyaya təqdim edib. Həmçinin hər iki klub baş verənləri rəsmən təsdiqləyib. Lakin sonradan həmin silahın oyuncaq olduğu məlum olub.

 

Buna baxmayaraq, gənc oyunçu cəzadan canını qurtara bilməyib. Hadisəni araşdıran federasiya futbolçunun lisenziyasını əlindən alıb və onu 37 il müddətinə futboldan uzaqlaşdırıb. İsveçrə futbol tarixinin ən ağır cəzasına məruz qalan oyunçu ən yaxşı halda 56 yaşından sonra futbolla məşğul ola bilər.

0