“Qalatasaray” keçmiş oyunçusunu geri qaytarmaq istəyir
24.05.2017 - 22:00
“Qalatasaray” keçmiş oyunçusunu geri qaytarmaq istəyir

Növbəti mövsüm çempionluq uğrunda mübarizə aparacaq “Qalatasaray” heyətini gücləndirməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, xüsusilə müdafiə xəttini gücləndirməkdə maraqlı olan “sarı-qırmızılar” İspaniya və İngiltərə bazarında axtarışa çıxıb.

 

Türkiyə mətbuatının iddiasına görə, İstanbul təmsilçisinin rəhbərliyi arxa xətti gücləndirmək üçün “Barselona”nın müdafiəçisi Jeremi Metyu və ötən il “Qalatasaray”da oynamış, son mövsümü “Sanderlend”də keçirən, müqaviləylə isə “Mançester Siti”yə məxsus olan Ceyson Denayeri komandaya cəlb etməyi planlaşdırır.

 

Hər iki futbolçunun keçidi üçün danışıqları davam etdirilir.

0