10 il sonra ilk dəfə mükafatsız - FOTO
24.05.2017 - 22:52
10 il sonra ilk dəfə mükafatsız - FOTO

“Zenit”in baş məşqçisi Mirça Luçesku bu mövsümü mükafatsız başa vurub. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis 2007-ci ildən sonra ilk dəfə heç nə qazanmayıb.

 

71 yaşlı çalışdırıcı son on ildə hər mövsüm heç olmasa bir mükafatən sevincini yaşamışdı. 2004-16-cı illərdə Ukraynada “Şaxtyor”a rəhbərlik etmiş Luçesku donetsklilərlə 8 Ukrayna çempionluğu, 6 ölkə kuboku, 7 superkubok və UEFA kubokunun qalibi olub.

 

Keçən il isə o, “Zenit”ə gələn kimi Rusiya Superkubokunu əldə etmişdi.

0