[b]“Mətbuat artıq məni Kataloniyaya “yollayıb” - FOTO[/b]
25.05.2017 - 00:11
[b]“Mətbuat artıq məni Kataloniyaya “yollayıb” - FOTO[/b]

“Atletik”dən ayrılacağı dəqiqləşmiş Ernesto Valverde “Barselona”ya keçəcəyi ilə bağlı xəbərləri şərh edib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis hələ heç nəyin dəqiqləşmədiyini qeyd edib.

 

“Barselona”ya keçəcəyim barədə xəbərləri təsdiqləyə bilmərəm. Ancaq inkar da etmirəm. Gələcək karyeram haqda çox məlumat yayılır. Onu deyə bilərəm ki, hələlik heç bir klubla razılığa gəlməmişəm. Hər hansı klub nümayəndəsi ilə danışıqlarım olmayıb. Mətbuat artıq məni Kataloniyaya “yollayıb”, heç vaxt yazılanlar haqqında fikir bildirməmişəm, bu, onların işidi. Yaxında hər şey məlum olacaq” – deyə çalışdırıcı bildirib.

 

Qeyd edək ki, E.Valverdenin "Barsa" ilə 2 illik müqavilə imzalayacağı iddia edilir.

 

0