[b]“Real” azarkeşləri üçün xüsusi tabut - FOTO[/b]
25.05.2017 - 15:55
[b]“Real” azarkeşləri üçün xüsusi tabut - FOTO[/b]

“Real” azarkeşləri artıq ölərkən də sevimli komandalarından ayrı qalmayacaqlar. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bir şirkət “kral klubu”nun fanatları üçün tabutlar hazırlanmağa başlayıb.

 

Belə ki, “Mi Ultimo Capricho” adlı cənazə şirkəti Madrid təmsilçisinin azarkeşləri üçün tabutlar istehsal edib. “Santyaqo Bernabeu”nun maketinə oxşar hazırlanan tabutların üzərində klubun loqosu və Çempionlar Liqasının kuboku yerləşdirilib.

 

Şirkət rəsmisi bu təklifi “Real” azarkeşlərindən aldıqlarını və tabutların qiymətlərinin 15 min avrodan başladığını bildirib.

0