[b]Türkiyə nəhənginin kubokları əlindən alınır[/b]
25.05.2017 - 17:29
[b]Türkiyə nəhənginin kubokları əlindən alınır[/b]

“Trabzonspor” şok hadisə ilə üzləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “bordo-mavililər”in kuboku əlindən alına bilər.

 

Buna səbəb klubun menecerlərə olan borcunu ödəməməsidi. Belə ki, Stefan Mbia, Ogenyi Onazi və Karl Medyani kimi futbolçuları “Trabzonspor”a gətirən Mazlum Ali Bilecanın menecerlik haqqı ödənilmədiyi üçün klubun 6 çempionluq kubokuna əl qoyulub. Klubun binasına gələn vəkillər rəhbərliyə son xəbərdarlığı ediblər.

 

“Trabzonspor” bir həftə ərzində 1 milyon 350 min avroluq borcu ödəməsə, 6 kubokun hamısı muzeydən çıxarılacaq və klubun əlindən alınacaq.

0