[b]Dino Ndlovunun arzusu baş tutmadı[/b]
25.05.2017 - 20:11
[b]Dino Ndlovunun arzusu baş tutmadı[/b]

DÇ-2018-in seçmə mərhələsində Nigeriya ilə qarşılaşacaq Cənubi Afrika Respublikası millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, "Qarabağ"ın hücumçusu Dino Ndlovu heyətdən kənarda qalıb.

 

Bu barədə futbolçu özü tvitter hesabından paylaşım edib. Uzun müddət milliyə çağrılmayan hücumçu yeni baş məşqçi Baksterdən dəvət gözləsə də, onun arzusu bu dəfə də baş tutmayıb.

 

Yerli mətbuat isə Dinonun milliyə dəvət almaması ilə bağlı baş məşqçinin fikirlərini öyrənib. Britaniyalı mütəxəssis qərarını belə izah edib: “Ndlovu qolları sıralamağa davam edərsə, Azərbaycana, onun oyununu izləməyə gedəcəm. Milliyə çağıracağım oyunçu haqqında daha çox məlumat əldə etmək istəyirəm”.

 

Qeyd edək ki, Nigeriya ilə iyunun 10-da üz-üzə gələcək CAR yığmasına “Qarabağ”ın maraq dairəsində olan, hazırda Türkiyənin “Gənclərbirliyi” klubunda çıxış edən Tokelo Rantie də dəvət alıb.

0