[b]Rusiyadan spirtli içkiyə “yaşıl işıq”[/b]
25.05.2017 - 20:41
[b]Rusiyadan spirtli içkiyə “yaşıl işıq”[/b]

Rusiyada keçiriləcək Konfederasiyalar kubokunda spirtli içkilərin satışına icazə veriləcək. Apasport.az saytının məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyi ilə FİFA arasındakı müzakirədən sonra bu qərar qəbul olunub.

 

Qərara əsasən, oyunlar davam edərkən azarkeşlər plastik qablarda pivə ala biləcəklər. Şüşə qabda isə nəinki spirtli, istənilən içkinin arenaya daxil edilməsi qadağan ediləcək.

 

Qeyd edək ki, Konfederasiyalar Kubokunun oyunları Moskva, Sankt-Peterburq, Soçi və Kazan şəhərlərində keçiriləcək.

0