“Yuventus” hücumçusu ilə müqavilə yenilədi
26.05.2017 - 00:34
“Yuventus” hücumçusu ilə müqavilə yenilədi

Xorvatiyalı hücumçu Mario Mancukiç “Yuventus”la yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, “qoca sinyora” ilə xorvatiyalı futbolçu arasındakı yeni müqavilə 2020-ci ilin yayınadək nəzərdə tutulub.

 

Xorvatiya millisinin üzvü son mövsümdə şans qazandığı 47 oyunda 10 qola imza atıb.

 

Qeyd edək ki, Mancukiç 2015-ci ildən Turin klubunun uğurları üçün çalışır.

0