[b]“Azərbaycan çempionatı zəif yox, intizamsızdı” - Bakster[/b]
26.05.2017 - 10:56
[b]“Azərbaycan çempionatı zəif yox, intizamsızdı” - Bakster[/b]

“4 il Finlandiya yığmasını çalışdırmışam. Orda rəhbərliyim altında oynamış bütün futbolçulardan haqqımda soruşa bilərsiniz. Əminəm ki, heç biri mənim çətin adam olduğumu deməyəcək”. Apasport.az saytının məlumatına görə, bunu Cənubi Afrika Respublikası (CAR) yığmasının yeni baş məşqçisi Stuart Bakster deyib.

 

İngiltərəli mütəxəssis 2019-cu il Afrika Millətlər Kubokunun Nigeriya ilə seçmə oyunu üçün heyəti açıqlayıb. O, 25 nəfərlik siyahıya "Qarabağ"ın hücumçusu Dino Ndlovunun adını daxil etməyib.

 

Bununla bağlı yerli mətbuata açıqlama verən Bakster 27 yaşlı forvardı diqqət mərkəzində saxladığını bildirib. Ancaq 64 yaşlı çalışdırıcı onu çağırmamaqla doğru addım atdığını düşünür: “Futbolçuları izləmək mənim üçün çox vacibdi. Elə buna görədi ki, 32 ildi məşqçi kimi çalışmaqda davam edirəm. Hər bir oyunçunun milliyə düşmək həvəsində olmasını istəyirəm. Dino bu cür oynamaqda davam etsə, onu yığmaya çağırmaq haqda ciddi düşünməyə başlayacam. Ancaq unutmayaq ki, Azərbaycan Premyer Liqası ilə İtaliya çempionatında qol vurmaq arasında böyük fərq var. Əvvəllər çalışdığım komandalarda Azərbaycan təmsilçisinə qarşı mübarizə aparmışıq. Bilirəm ki, onların çempionatı heç də zəif deyil, ancaq intizamsızdılar. Heyəti müəyyənləşdirərkən balansı qorumaq məcburiyyətindəyəm. Düzgün seçim etdiyimi düşünürəm və alternativ variantlarımız da var”.

 

Qeyd edək ki, Dino Ndlovu CAR millisində indiyə qədər 4 oyun keçirib, qol hesabını aça bilməyib.

0