[b] UEFA-dan şad xəbər: “Zirə”nin mərhələ keçmək şansı artdı [/b]
26.05.2017 - 11:26
[b] UEFA-dan şad xəbər: “Zirə”nin mərhələ keçmək şansı artdı [/b]

Avropa Liqasının I təsnifat mərhələsində iştirakı dəqiqləşən komandaların sayı artıb. Apasport.az saytının məlumatına görə, buna səbəb dünən baş tutan oyunlardı.

 

Bəzi Avropa ölkələrində kubok, bəzilərində isə çempionat matçlarının keçirilməsi qitənin ikinci dərəcəli klub turnirinə vəsiqələr baxımından əhəmiyyətli olub. Bütün bunlar Azərbaycanın avrokuboklardakı təmsilçilərindən biri olan “Zirə”yə də təsir edib.

 

Belə ki, indiyədək I təsnifat mərhələsinin püşkatması zamanı hansı səbətdə yer alacağı bilinməyən bakılılar artıq yerini tanıyıb. Qəsəbə təmsilçisi səpələnmişlər sırasında yer alacaq. Qitə kuboklarının debütantı olan Ayxan Abbasovun yetirmələri buna 3,550 xala bərabər reytinqlə nail olub.

 

Düzdü, “Zirə” avrokubokda oynamadığı üçün öz əmsalı yoxdu. Ona görə də debütant Azərbaycanın reytinqinin 20 faizini təşkil edən 3,550 ilə kifayətlənib. Bu xal isə səpələnmişlərdən biri olmaq üçün yetərlidi.

 

Təmsilçimizin bu səbətdə qərarlaşması zirəlilərə zəif rəqiblər vəd edir. Bu da paytaxt təmsilçisinə mərhələ adlamaq məsuliyyətini artırır.

 

“Zirə” kimi, “İrtış”ın (Qazaxıstan) da səbəti dəqiqləşib. Bu iki komanda ilə yanaşı, “Makkabi” (Təl-Əviv, İsrail), AEK (Kipr), “Beytar” (İsrail), “Botev” (Bolqarıstan), “Vaduts” (Lixtenşteyn) da səpələnmişlər sırasına daxil olub. Bununla da səbətdəki 50 komandadan 36-sı dəqiqləşib.

 

“İnter”in də yer aldığı bu səbətin komandaları ilə üz-üzə gələcək səpələnməmişlərdən isə 39-u bəllidi. Ermənistan “Pünik”i bakılılara rəqib ola bilməyəcəyindən təmsilçilərimizin 38 mümkün rəqibi var.

 

Ümumilikdə, 75 komandanın səpələnib-səpələnmədiyi bilinir. Daha 4 komanda isə hansı səbətdə yer alacağının dəqiqləşməsini gözləyir. Bu mərhələdə 100 iştirakçı çıxış edəcək.

 

Qeyd edək ki, avrokubokların ilk iki mərhələsinin püşkatması iyunun 19-da keçiriləcək.

 

Avropa Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

“Makkabi” (Təl-Əviv, İsrail), “Dinamo” (Belarus), HİK (Finlandiya), AİK (İsveç), “Voyvodina” (Serbiya), AEL (Kipr), “Slovan” (Slovakiya), “Srvena Zvezda” (Serbiya), “Skenderbeu” (Albaniya), “Sent Conston” (Şotlandiya), AEK (Kipr), “Beytar” (İsrail), “İnter” (Azərbaycan), “Ventspils” (Latviya), “Odd” (Norveç), “Kayrat” (Qazaxıstan), “Reykyavik” (İslandiya), “Norçepinq” (İsveç), “Kalyu” (Estoniya), “Milsami” (Moldova), “Osiyek” (Xorvatiya), “Olimpiya” (Sloveniya), “Domjale” (Sloveniya), “Valletta” (Malta), “Styarnan” (İslandiya), “Botev” (Bolqarıstan), “Vaduts” (Lixtenşteyn) “Hoqesund” (Norveç), “Ordabası” (Qazaxıstan), “Levadiya” (Estoniya), “Kruzaders” (Şimali İrlandiya), “Qlazqo Reyncers” (Şotlandiya), “Ferensvaroş” (Macarıstan), “Rabotniçki” (Makedoniya), “İrtış” (Qazaxıstan), “Zirə” (Azərbaycan)

 

Səpələnməmişlər

“Nova Qoritsa” (Sloveniya), “Pünik” (Ermənistan), “Mladost” (Monteneqro), “Şemrok Rovers” (İrlandiya), “Çixura” (Gürcüstan), “Yelqava” (Latviya), SJK (Finlandiya), “Partizani” (Albaniya), “Linkoln” (Cəbəllütariq), “Kork Siti” (İrlandiya), B-36 (Farer adaları), “Derri Siti” (İrlandiya), “Liepaya” (Latviya), “Vaasa” (Finlandiya), “Rujomberok” (Slovakiya), “Zarya” (Moldova), “Valyur” (İslandiya), “Atlantas” (Litva), “Vaşaş” (Macarıstan), “Suduva” (Litva), “Torpedo” (Gürcüstan), “Trakai” (Litva), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), “Runavik” (Farer adaları), “Tre Penne” (San-Marino), “Baltsan” (Malta), “Konnak” (Uels), “Banqor” (Uels), “Santa Koloma” (Andorra), “Proqres” (Lüksemburq), “Pelister” (Makedoniya), “Kolreyn” (Şimali İrlandiya), “Klaksvik” (Farer adaları), “Ballimena” (Şimali İrlandiya), “Folqor” (San Marino), “Sent Cozef” (Cəbəllütariq), “Floriana” (Malta), “Sent Culiya” (Andorra)

 

Qeyri-müəyyənlər

“Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Fola” (Lüksemburq), “Şkendiya” (Makedoniya), “Differdanj” (Lüksemburq)

 

0