[b]“Kəpəz” 3 futbolçunu yola saldı, Alveslə danışıqlar aparır[/b]
26.05.2017 - 12:53
[b]“Kəpəz” 3 futbolçunu yola saldı, Alveslə danışıqlar aparır[/b]

“Kəpəz” üç futbolçu ilə yollarını ayırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Gəncə klubu ötən mövsüm komandanın heyətində çıxış etmiş legionerlərdən üçü ilə başa çatmış müqaviləni uzatmayıb.

 

Kamerunlu hücumçu Julien Ebah, portuqaliyalı yarımmüdafiəçi Serjio Kosta və litvalı qolkiper Tadas Simaitis ilə yollar ayrılıb.

 

Onlardan başqa, müqaviləsi başa çatan və digər klublardan daha sərfəli təkliflər alan Dario Frederikonun “Kəpəz”dən gedişi məsələsi hələ öncədən məlum idi.

 

Klub rəhbərliyi son mövsümdə komandanın şərəfini qoruyan Renan Alvesin xidmətlərində isə yenidən maraqlıdı. Buna görə də yeni anlaşma əldə etmək üçün braziliyalının agenti ilə danışıqlar davam edir. 

 

0