[b]9 gün himnimiz səsləndi, 10 gün bayrağımız yüksəldi - LAYİHƏ[/b]
26.05.2017 - 13:55
[b]9 gün himnimiz səsləndi, 10 gün bayrağımız yüksəldi - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “İslamiada: İslam dünyasından dünya idmanına körpü” istiqaməti üzrə silsilə yazıları davam etdirir. Bu dəfə IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinə medal qazandıran idmançılara nəzər yetirəcəyik. Həmçinin, mayın 12-22-də Bakıda keçirilmiş yarışda 162 mükafat qazanan yığmamızın komanda hesabında birinci pilləyə yüksələn yolunun gündəliyini vərəqləyəcəyik.

 

Bakı-2017-də 21 idman növü üzrə 268 dəst medal sahibini tapıb. Fəxri kürsüyə yüksələnlər arasında Azərbaycan millisi ölkəmizə gələn 53 yığmanın hamını qabaqlayıb. İdmançılarımız bu üstünlüyü qızıl medalların sayında əldə edib ki, 75 çempionluq birinci yer üçün yetərli olub. Komandamız hesabına 50 gümüş və 37 bürünc mükafat da yazdırmaqla tarixinin ən yaxşı nəticəsini göstərib.

 

İdmançılarımız ilk medalını İslamiadanın açılış mərasiminin ertəsi gün əldə edib. Mükafatların oynanıldığı ilk gündə Ruslan Lunyovun qazandığı qızıl medal komandamız üçün düşərli olub. Həmin gündən medal sıralamasında liderliyi ələ alan Azərbaycan zirvəni bir neçə gün Türkiyə yığmasına güzəştə getsə də, sonda kimin meydan sahibi olduğunu sübut edib.

 

İlk 2 gündə millimiz 24 dəfə himnimizi səsləndirməklə, məhsuldarlıq nümayiş etdirib. Mayın 14-ü təmsilçilərimiz üçün həm qızıl (14), həm bürünc (6), həm də ümumi medal (28) sayında rekordla əlamətdar olub. Ən çox ikinci olduğumuz gün mayın 13-nə təsadüf edib. Ümumiyyətlə, hər gün bütün əyarlı medallar qazanan ölkəmiz yalnız bağlanış günündə - mayın 22-də ənənəsini pozub. Həmin gün çempionluğa həsrət qalan komandamız əvvəlki günlərdə qazandığı böyük üstünlük sayəsində bütün rəqiblərinə yuxarıdan aşağı baxıb.

 

Tarix

Qızıl

Gümüş

Bürünc

Cəmi

13 may

10

9

3

22

14 may

14

8

6

28

15 may

9

6

3

18

16 may

8

1

4

13

17 may

9

5

4

18

18 may

9

4

4

17

19 may

4

2

2

8

20 may

3

4

3

10

21 may

9

7

4

20

22 may

0

4

4

8

Cəmi

75

50

37

162

 

Beləliklə, Azərbaycanın lider olmasında böyük rol oynayan idmançılarımızı bir daha tanıyaq. Ardıcıl 9 gün himnimizi səsləndirib, 10 gün fəxri kürsüdə yer alan təmsilçilərimizin uğurlarını günbəgün təqdim edirik:

 

Qızıl medallar, günlərlə

 

13 may

Ruslan Lunyov (güllə atıcılığı, tapança, 25 m)

Orxan Səfərov (cüdo, 60 kq)

Nicat Şıxəlizadə (cüdo, 66 kq)

Erdenebat Bazarraqça (cüdo, 48 kq)

Fəridə Abıyeva (karate, 61 kq)

Hidayət Heydərov (cüdo, 73 kq)

Rafael Ağayev (karate, 75 kq)

Bədii gimnastika yığması (Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova)

Afaq Sultanova (paracüdo, 57 kq)

Ramilə Kaştayeva (paracüdo, 70 kq)

 

14 may

Marina Durunda (bədii gimnastika, halqa)

Marina Durunda (bədii gimnastika, lent)

İdman gimnastikası üzrə qadınlardan ibarət yığma (Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova)

Ruslan Lunyov (güllə atıcılığı, tapança, 25 m)

Roman Heydərov (karate, kata)

Məmmədəli Mehdiyev (cüdo, 90 kq)

Maksim Şemberov (üzgüçülük, sərbəst üsulla 1500 metr)

qadınlardan ibarət həndbol yığması (Səbinə Nuriyeva, Natalya Qayoviç, Anna Həmidova, Marina Tankaskaya, Anastasiya Metelska, İrina Qasımova, Anna Burova, Mariya Raçitelyeva, Sakinat Abasova, Yekaterina Artamanova, Oksana Orexova, Yekaterina Peçe, İrina Klimenko, Alla Çernişova)

Elxan Məmmədov (cüdo, 100 kq)

İrina Zaretska (karate, 68 kq)

Ayxan Mamayev (karate, 84 kq)

Jalə Piriyeva (bədii gimnastika, top)

Elçin Talıbov (paracüdo, 66 kq)

Ramil Qasımov (paracüdo, 73 kq)

 

15 may

Bense Talas (idman gimnastikası, dəstəli at)

Bense Talas (idman gimnastikası, dəstəli turnik)

Murad Ağarzayev (idman gimnastikası, sərbəst hərəkətlər)

Anastasiya İbrahimli (ağır atletika, 69 kq)

Ruslan Lunyov (güllə atıcılığı, standart tapança, 25 metr)

Qarışıq komanda (səngər stendi; Aydan Camalova, Əli Hüseynli)

Cüdo üzrə kişilərdən ibarət yığma (Orxan Səfərov, Rüstəm Orucov, Rüfət İsmayılov, Məmmədəli Mehdiyev, Uşanqi Kokauri, Nicat Şıxəlizadə, Elxan Məmmədov)

Maksim Şemberev (üzgüçülük, kompleks üsulla 400 m)

Yuliya İnşina (idman gimnastikası, sərbəst hərəkətlər)

 

16 may

Maksim Şemberev (üzgüçülük, 200 m batterflyay)

Maksim Şemberev (üzgüçülük, 800 m sərbəst üsulla)

Samir Nəbiyev (paraatletika, nüvəitələmə)

Ruslan Lunyov (güllə atıcılığı, pnevmatik tapança, 10 m)

Anna Skidan (atletika, diskatma)

Oloxan Musayev (paraatletika, nüvəitələmə)

Yelena Çebanu (paraatletika, 100 m)

Yaprak Eriş (taekvondo, 57 kq)

 

17 may

Qarışıq komanda (10 metrdən pnevmatik tapançadan atəş açmaqda; Ruslan Lunyov, Nigar Nəsirova)

Samir Nəbiyev (paraatletika, diskatma)

Elmir Cəbrayilov (paraatletika, 100 m)

Patimat Abakarova (taekvondo, 49 kq)

Ayxan Tağızadə (taekvondo, 68 kq)

Orxan Nuriyev (yunan-Roma güləşi, 98 kq)

Nazim Babayev (atletika, üçtəkanla tullanma)

Milad Beiqi Harçeqani (taekvondo, 80 kq)

Radik İsayev (taekvondo, +87 kq)

 

18 may

Cavid Çələbiyev (boks, 60 kq)

Nurlan İbrahimov (paraatletika, 100 m)

Kamran Məmmədov (yunan-Roma güləşi, 66 kq)

Elvin Mürsəliyev (yunan-Roma güləşi, 75 kq)

İslam Abbasov (yunan-Roma güləşi, 85 kq)

Teymur Məmmədov (boks, 91 kq)

Məhəmmədrəsul Məcidov (boks, +91 kq)

Ramin Əzizov (taekvondo, 87 kq)

Qadınlardan ibarət voleybol yığması (Ceyran Əliyeva, Kseniya Poznyak, Odina Bayramova, Ayşən Abduləzimova, Olena Həsənova, Yelizaveta Səmədova, Yana Kulan, Yekaterina Jidkova, Valeriya Məmmədova, Kristina Yaqubova, Aynur Kərimova, Oksana Kiselyova, Polina Rəhimova, Şəfaqət Həbibova)

 

19 may

Yelena Çebanu (paraatletika, 200 m)

Mahir Əmiraslanov (sərbəst güləş, 57 kq)

Nurmaqomed Hacıyev (sərbəst güləş, 97 kq)

Olqa Bıkovskaya (suyatullanma, 10 m platforma)

 

20 may

Elçin Muradov (paraatletika, uzunluğa tullanma)

Hacı Əliyev (sərbəst güləş, 61 kq)

Cəmaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq)

 

21 may

Mariya Stadnik (qadın güləşi, 48 kq)

Leyla Qurbanova (qadın güləşi, 53 kq)

Tatyana Omelçenko (qadın güləşi, 60 kq)

Elis Manolova (qadın güləşi, 69 kq)

Rüfət Gülalıyev (zorxana, səngi)

Kişi futbolçulardan ibarət yığma (Şahruddin Məhəmmədəliyev, Sadiq Quliyev, Rəşad Sadiqov, Coşqun Diniyev, Elşən Abdullayev, Ağabala Ramazanov, Mahir Mədətov, Ruslan Abışov, Elvin Camalov, Məqsəd İsayev, Azər Salahlı, Tərlan Əhmədli, Emil Balayev, Rahil Məmmədov, Azad Kərimov, Adil Nağıyev, Orxan Əliyev, Elnur Cəfərov, Yusif Nəbiyev, Mirabdulla Abbasov, Tellur Mütəllimov, Vüqar Mustafayev, Fəhmin Muradbəyli)

Kişi basketbolçulardən ibarət 3x3 yığması (Zaur Paşayev, Amil Həmzəyev, Orxan Aydın, Marşall Mozes)

Olqa Bıkovskaya (suyatullanma, 3 m tramplin)

Qadın basketbolçulardan ibarət 3x3 yığması (Aleksandra Mollenhauer, Tatyana Deniskina, Dina Ulyanova, Mersedes Uolker)

 

Gümüş medallar, günlərlə

 

13 may

Şəfəq Əmrahova (stend atıcılığı, səngər stendi)

İlahə Qasımova (karate, 55 kq)

Aişə Qurbanlı (cüdo, 48 kq)

Nəzakət Əzizova (cüdo, 52 kq)

Kifayət Qasımova (cüdo, 57 kq)

Rüstəm Orucov (cüdo, 73 kq)

Xanim Hüseynova (cüdo, 63 kq)

Sevda Vəliyeva (paracüdo, 57 kq)

Turanə Əliyeva (paracüdo, 70 kq)

 

14 may

İdman gimnastikası üzrə kişilərdən ibarət yığma (Murad Ağarzayev, Timur Bayramov, Bense Talas)

Elmar Qasımov (cüdo, 100 kq)

İrina Kindzerska (cüdo, +78 kq)

Marina Durunda (bədii gimnastika, gürzlər)

Fəridə Əliyeva (karate, +68 kq)

Jalə Piriyeva (bədii gimnastika, lent)

Bayram Mustafayev (paracüdo, 66 kq)

Kənan Abdulxanlı (paracüdo, +100 kq)

 

15 may

Marina Nekrasova (idman gimnastikası, dayaqla tullanma)

Marina Nekrasova (idman gimnastikası, gimnastika atı)

Yekaterina Tişkova (idman gimnastikası, müxtəlif hündürlüklü qollar)

Bense Talas (idman gimnastikası, halqalar)

Cüdo üzrə qadınlardan ibarət yığma (Nəzakət Əzizova, İçhinkotloo Munxtsedev, Xanım Hüseynova, Gülsədəf Kərimova, İrina Kindzerska, Kifayət Qasımova, Buyanxişiq Purevsuren)

Nurlana Cəfərova (stend atıcılığı, dairəvi stend)

 

16 may

Qaşım Maqomedov (taekvondo, 54 kq)

 

17 may

Qarışıq komanda (dairəvi stend, Emin Cəfərov, Nurlana Cəfərova)

Rahib Məmmədov (atletika, sədləri dəf etməklə 110 m )

Rafiq Hüseynov (yunan-Roma güləşi, 80 kq)

Aleksis Kopello (atletika, üçtəkanla tullanma)

Fəridə Əzizova (taekvondo, 67 kq)

 

18 may

Elçin Muradov (paraatletika, 100 m)

Tamerlan Abdullayev (boks, 69 kq)

Kamran Şahsuvarlı (boks, 75 kq)

Rauf Rəhimov (boks, 81 kq)

 

19 may

Jinq Ninq (stolüstü tennis, qadınlar)

Maqomed Müslimov (sərbəst güləş, 65 kq)

 

20 may

Murtuzəli Müslümov (sərbəst güləş, 70 kq)

Artyom Danilov (suyatullanma, 10 metr platforma)

Kamil Əliyev (paraatletika, uzunluğa tullanma)

Zorxana yığması (Tural Əliyev, Məmmədli Salamov, Xəyyam Orucov, Rüfət Gülalıyev, Orxan Xanlarov)

 

21 may

Natalya Sinişin (qadın güləşi, 55 kq)

Alyona Kolesniki (qadın güləşi, 58 kq)

Səbirə Əliyeva (qadın güləşi, 75 kq)

Kişi voleybolçulardan ibarət yığma (Vüqar Bayramov, Tural Həsənli, Cavid Süleymanov, Emil Abdullayev, Rəsul İbrahimov, Pərviz Səmədov, Dmitri Obodnikov, Bartomiey Lipinski, Aleksey Çervyakov, İvan Kazaçkov, Dmitri Baranov, Yusuf Ərdəm, Milos Hebda, Kənan Allahverdiyev)

Sinxron suyatullanma (10 m platforma, Artyom Danilov, Dmitri Sorokin)

Xəyyam Orucov (zorxana, milbazi)

Orxan Xanlarov (zorxana, çərxi-çəməni)

 

22 may

Qadınlardan ibarət stolüstü tennis yığması (Jinq Ninq, Xinqtai Çen, Miao Vanq)

Elçin Eminov (uşu, 56 kq)

Bayram Şəmmədov (uşu, 65 kq)

Vüqar Kərimov (uşu, 70 kq)

 

Bürünc medallar, günlərlə

 

13 may

Səbinə Əzimova (ağır atletika, 53 kq)

Nuranə Əliyeva (karate, 50 kq)

Firdovsi Fərzəliyev (karate, 60 kq)

 

14 may

Jalə Piriyeva (bədii gimnastika, halqa)

Marina Durunda (bədii gimnastika, top)

Asiman Qurbanlı (cüdo, +84 kq)

Natiq Talıbov (paracüdo, 73 kq)

Rövşən Səfərov (paracüdo, 90 kq)

İlham Zəkiyev (paracüdo, +100 kq)

 

15 may

Yuliya İnşina (idman gimnastikası, gimnastika atı)

Timur Bayramov (idman gimnastikası, paralel qollar)

Elnurə Abbasovanın (ağır atletika, 63 kq)

 

16 may

Nigar Nəsirova (güllə atıcılığı, pnevmatik tapança, 10 m)

Yekaterina Sarıyeva (atletika, üçtəkanla tullanma)

Rövşən Fətullayev (ağır atletika, 94 kq)

üzgüçülük yığması (sərbəst üsul, 4x100 m; Alsu Bayramova, Yuliya Stasyuk, İlahə Raciyeva, Fatimə Əlkərimova)

 

17 may

Üzgüçülük yığması (kompleks üsulla 4x100 m; Yuliya Stisyuk, Fatimə Əlkərimova, İlahə Raciyeva və Alsu Bayramova)

Murad Məmmədov (yunan-Roma güləşi, 59 kq)

Rəsul Çunayev (yunan-Roma güləşi, 71 kq)

Oloxan Musayev (paraatletika, diskatma)

 

18 may

Tayfur Əliyev (boks, 56 kq)

Dmitri Sorokin (suyatullanma, 3 m tramplin)

Məhəmməd Məmmədov (taekvondo, 63 kq)

Sabah Şəriəti (yunan-Roma güləşi, 130 kq)

 

19 may

Miao Vanq (stolüstü tennis, qadınlar)

sinxron suyatullanma cütlüyü (3 m, Artyom Danilov, Dmitri Sorokin)

 

20 may

Şərif Şərifov (sərbəst güləş, 86 kq)

Oleq Panyutin (paraatletika, uzunluğa tullanma)

Zeyniddin Bilalov (paraatletika, uzunluğa tullanma)

 

21 may

Elmira Qəmbərova (qadın güləşi, 63 kq)

Məmmədi Salamovu (zorxana, kəbbadə)

Orxan Xanlarov (zorxana, çərxi tiz)

Orxan Xanlarov (zorxana, milsəngi)

 

22 may

Orxan Hətəmov (uşu, 48 kq)

Ruslan Pirəliyev (uşu, 60 kq)

Pərviz Abdullayev (uşu, 75 kq)

Kişilərdən ibarət stolüstü tennis yığması (Çenci Vanq, Xinyu Yanq, Sinanq Yu)

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

0