[b]“Qarabağ” ilk “yüzlük”də, “Qəbələ” “Neftçi”ni keçdi[/b]
26.05.2017 - 14:38
[b]“Qarabağ” ilk “yüzlük”də, “Qəbələ” “Neftçi”ni keçdi[/b]

Azərbaycan klublarının yeni mövsüm üçün UEFA reytinqindəki mövqeləri bəlli olub. Apasport.az saytının məlumatına görə, 2016/17 mövsümünün sonundakı ilə müqayisədə 2017/18 mövsümünün startında təmsilçilərimiz fərqli yerlərdə qərarlaşacaq.

 

Buna səbəb 2012/13 mövsümünün nəticələrinin silinməsidi. Son 5 ilin nəticələrinin əsas götürüldüyü reytinqin yenilənmiş durumunda 2013/14, 2014/15, 2015/16, 2016/17 və yeni – 2017/18 mövsümünün nəticələri hesablanacaq.

 

Bu isə Azərbaycan klublarından daha çox “Qarabağ”a sərf edir. 2012/13 mövsümündə avrokuboklardan kənarda qalan və bu üzdən yalnız ölkə reytinqindən gələn faizlə kifayətlənən Ağdam klubu cəmi 0,600 xal əldə etmişdi.

 

Həmin – təmsilçimiz üçün cüzi sayılan əmsalın silinməsi isə son 4 ilin çempionu üçün sərfəlidi. Nəticədə 4 mövsümlük əmsalı 17,450-yə bərabər olan “Qarabağ” ilk “100-lük”də yer alacaq. Avropanın 91-cisi olacaq təmsilçimiz “Sassuolo”, “Sürix”, “Astana”, “Uiqan”dan öndə qərarlaşacaq.

 

15 pilləlik sıçrayış edən ağdamlılardan fərqli, digər komandalarımız heç də sevinən tərəf sayılmayacaq. “Neftçi” 163-cü yeri 175-ə dəyişəcək. Buna səbəb 3,600 xalın silinməsidi.

 

İndi 185-ci olan “Qəbələ” yeni mövsümü 161-ci sırada başlayacaq. Əyalət klubu çıxış etmədiyi 2012/13 mövsümündəki 0,600 xalın silinməsinə yalnız sevinə bilər. “Qırmızı-qaralar”ın hesabında 7,200 xal olacaq. Bununla, “Qəbələ” 6,200 xala malik “Neftçi”ni arxada qoyacaq.

 

“İnter”in 1,100 xal itirməsi 229-cu pillədən 211-ə qədər irəliləməsi qədər faydalıdı. Paytaxt təmsilçisinin xalı 4,950-ə çatacaq. Yeni siyahıda “Kəpəz”lə “Xəzər Lənkəran” 265-ci yerə şərik olacaq. Sonuncular 277, qərblilər isə 299-cu mövqeyi daha yaxşıya dəyişəcək. Hər iki komandanın hesabında 3,450 xal olacaq.

 

Son 4 mövsümdə avrokuboklarda çıxış etməyən “Bakı” isə UEFA-nın siyahısından kənarda qalacaq. Əvəzində debütant “Zirə” bura daxil olacaq. Bakılılar 2,950 xalla 289-cu pillədən qitə sərgüzəştlərinə start verəcək. Hərçənd 5 mövsüm üçün bu rəqəm 3,550-yə bərabər idi.

 

0