[b]Zurab Xizanişvili qərarını açıqladı[/b]
26.05.2017 - 16:32
[b]Zurab Xizanişvili qərarını açıqladı[/b]

Avropa Liqasında ölkəmizi təmsil edəcək “İnter” məşqlərə başlasa da, növbəti ayrılıqla barışmalı olub. Apasport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi ən təcrübəli futbolçusu Zurab Xizanişvilini itirib.

 

Dünəndən etibarən təlim-məşq toplanışına start verən “İnter” heyətini də qorumağa çalışır. Səlahət Ağayevlə Abbas Hüseynovun gedişinə mane ola bilməyən paytaxt klubu qalan futbolçuları komandada saxlamaq istəsə də, buna nail ola bilməyib. Belə ki, baş məşqçi Zaur Svanadzenin həmyerlisi, komandanın mərkəz müdafiəçisi Zurab Xizanişvili karyerasını başa vurub.

 

Hazırda vətənində olan və “İnter”in toplanışına qatılmayan mərkəz müdafiəçisi fəaliyyətini məşqçi kimi davam etdirəcək. Əməkdaşımızla söhbətində o, Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında köməkçi-məşqçi kimi çalışacağını bildirib.

 

Təbii ki, bu qərar Avropa Liqasında çıxış edəcək bürünc medalçı üçün üzücü olub. Çünki “İnter” transfer qadağası üzündən heyətinə yeni futbolçular cəlb edə bilmir. Ən yaxşı halda, klubun əvəzedici futbolçularından əsas komandaya keçid baş tuta bilər.

 

0