[b]Avropada ilk transfer “bombası”: 70 milyon avroya...[/b]
26.05.2017 - 17:14
[b]Avropada ilk transfer “bombası”: 70 milyon avroya...[/b]

“Mançester Siti” mövsüm başa çatan kimi, ilk transferini gerçəkləşdirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “şəhərlilər” yarımmüdafiə xəttini gücləndiriblər.

 

Bir neçə oyunçusu ilə yollarını ayıran Premyer Liqa təmsilçisi “Monako”nun yarımmüdafiəçisi Bernardo Silvanı heyətinə cəlb edib. Portuqaliya yığmasının üzvü keçidin rəsmiləşməsi üçün artıq Mançesterə yollanıb.

 

Bu gün tibbi müayinədən keçən 23 yaşlı oyunçu yaxın günlərdə münasibətləri rəsmiləşdirəcək. “Monako”nun bu transferdən nə qədər qazanacağı hələlik açıqlanmasa da, keçidin ingilislərə 70 milyon avroya başa gəldiyi bildirilib. Onun yeni komandası ilə 5 illik müqavilə bağlaması gözlənilir.

 

Silva geridə qalan mövsümdə “Monako”nun heyətində ümumilikdə 58 matçda meydana çıxıb, 11 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, “Monako” Bernardo Silvanı 2015-ci ildə “Benfika”dan 13 milyon avroya transfer edib.

0