[b]“Bütün yığmalar eyni şərtlər altındadı”[/b]
26.05.2017 - 18:44
[b]“Bütün yığmalar eyni şərtlər altındadı”[/b]

“Bu yoxlama oyunlarında əsas məqsəd seçmə mərhələyə tam hazır olmaqdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Bolqarıstan millisinin baş məşqçisi İvan Seferinov deyib.

 

Dünya çempionatının seçmə mərhələsinə hazırlaşan balkanlıların çalışdırıcısı Azərbaycan yığması ilə yoldaşlıq oyunundakı 3:1 hesablı qələbəyə şərh verib: “Azərbaycan yığması ilə ikinci qarşılaşmada daha yaxşı oynadıq. İlk görüşdə 3:0 hesabı ilə qalib gəlsək də, bu dəfə daha az səhvə yol verdik. Azərbaycan yığması da ilk görüşlə müqayisədə daha güclü təsir bağışlayırdı. Çalışırıq ki, seçmə mərhələdə minimum səhvə yol verək. Öncə hücum qurmaq, ardınca blokda müdafiə olunmaq üzərində çalışırıq. Hesab edirəm ki, bir həftədən sonra daha yaxşı durumda olacağıq. Toplanış müddətinin qısa olması və yorğunluq bizə bəhanə deyil. Çünki bütün yığmalar eyni şərtlər altındadı”.

 

 

 

0