Azərbaycan şahmatçısı İspaniyada keçirilən turnirdə ikinci yeri tutub
14.04.2008 - 12:09
Azərbaycan şahmatçısı İspaniyada keçirilən turnirdə ikinci yeri tutub
Bakı. Kənan Həsənov – APA-Sport. İspaniyanın Bilbao şəhərində şahmat üzrə blits turnir keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, 11-ci dəfə təşkil olunan yarışda Azərbaycan şahmatçısı Azər Mirzəyev iştirak edib. İspaniyada yaşayan həmyerlimiz turnirin reytinq favoriti olsa da, birinci yeri tuta bilməyib. Keçirdiyi 9 oyundan 7,5 xal toplayan A.Mirzəyev ikinci olub. Qalib adını, həmyerlimizi yarım xal qabaqlayan ispaniyalı Roberto Sifuentos Parada qazanıb.
0