[b]“O, futbolçu yox, porno ulduz olmaq istəyir” - FOTO[/b]
26.05.2017 - 22:24
[b]“O, futbolçu yox, porno ulduz olmaq istəyir” - FOTO[/b]

Benua-Assu Ekottonun “Birmingem”ə transferi baş tutmaya bilər. Apasport.az saytının məlumatına görə, bu barədə komandanın baş məşqçisi Harri Rednapp açıqlama verib.

 

“Tottenhem”in keçmiş çalışdırıcısı daha əvvəl rəhbərliyi altında çıxış etmiş oyunçunun xidmətində maraqlı olsa da, görünür futbolçunun fikirləri başqadı.

 

Harri yerli mətbuata açıqlamasında Ekottonun porno ulduz olmaq arzusunun keçidə əngəl olduğunu deyib: “Transferdə yeganə problem Ekottonun porno ulduz olmaq istədiyini etiraf etməsidi. Çalışacam ki, onu daha bir il futbol meydanlarında saxlayım. Ola bilsin, gələn mövsüm bizdə çıxış etdi”.

 

Qeyd edək ki, 33 yaşlı futbolçu son mövsümü Fransa Liqa 1 təmsilçisi “Mets”də keçirib. Karyerası ərzində “Tottenhem”, “Lans”, “Sent-Etyen” kimi klublarda oynamış müdafiəçi hazırda azad agentdi.

0