“Çelsi” Kontenin maaşını artırdı
26.05.2017 - 23:06
“Çelsi” Kontenin maaşını artırdı

“Çelsi” baş məşqçi Antonio Konte ilə yeni müqavilə imzalayacaq. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssislə yeni müqavilənin müddəti 2024-cü ilə kimi nəzərdə tutulub.

 

“Zadəganlar” bunu Federasiya kubokunun final oyunundan sonra rəsmən açıqlayacaq. Bildirilib ki, yeni müqaviləyə əsasən, Konte ilinə 11 milyon avro qazanacaq.

 

Qeyd edək ki, italiyalı mütəxəssis cari mövsüm "Çelsi" ilə ölkə çempionu olub.

0