“Arsenal”da ciddi itki
27.05.2017 - 00:16
“Arsenal”da ciddi itki

İngiltərə Kubokunun final oyununda “Çelsi” ilə qarşılaşacaq “Arsenal” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “topçular” qapıçı Peter Çexin xidmətindən məhrumdular.

 

Belə ki, əzələsini dartan “çərçivə qoruyucusu” sabiq komandasına qarşı həlledici oyunda çıxış edəbilməyəcək. Onu David Ospina əvəz edəcək.

 

Qeyd edək ki, bu gün baş tutacaq “Arsenal” – “Çelsi” matçı Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

0