[b]Millimizin növbəti fiaskosu - YENİLƏNİB[/b]
27.05.2017 - 21:22
[b]Millimizin növbəti fiaskosu - YENİLƏNİB[/b]

Kişi voleybolçular arasında dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yer aldığı A qrupunda IV turun görüşləri baş tutub.

 

İlk matçında Türkiyəyə, ikinci oyunda Almaniyaya, ardınca isə Ukraynaya 0:3 hesabı ilə məğlub olan Fərid Cəlalovun yetirmələri dördüncü qarşılaşmada Fransa qarşısında da "ənənə"ni pozmayıb.

 

Millimzdən fərqli olaraq ilk üç oyununda qalib gələn rəqib yığmamıza da yerini göstərərək liderliyini qoruyub.

 

Əvvəlki oyunlarında da bir setdə belə qalib gələ bilməyən komandamız isə 6 komanda arasında 5-ci yerdə qərarlaşaraq yalnızca İslandiyanı qabaqlayır.

 

27 may

 

Fransa – Azərbaycan - 3:0 (25:16, 25:17, 25:15)

 

Hakimlər: Tiit Koiv (Estoniya), Helio Ormonde (Portuqaliya)

Lion İdman Sarayı

 

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev

 

 

N

Ölkə

O

Q

M

S

T

X

1

Fransa

4

4

0

12-0

300-177

12

2

Almaniya

3

3

0

9-0

229-156

9

3

Türkiyə

3

2

1

6-3

206-188

6

4

Ukrayna

4

2

2

6-6

248-252

6

5

Azərbaycan

4

0

4

0-12

222-304

0

6

İslandiya

4

0

4

0-12

172-300

0

 

0