[b]“Qarabağ” onu əlimizdən almağa çalışır”[/b]
27.05.2017 - 10:12
[b]“Qarabağ” onu əlimizdən almağa çalışır”[/b]

“Qarabağ”ın maraq dairəsində olan "Trapani"nin hücumçusu Nikola Çitro uğrunda mübarizə qızışır. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, B seriyası təmsilçilərindən biri bu keçidi reallaşdırmaq üçün artıq hərəkətə gəlib.

 

Söhbət Çitronu israrla heyətinə qatmaq istəyən “Salernitana”dan gedir. Klub rəhbərliyi 27 yaşlı oyunçunu hələ yanvarda almaq istədiyini bildirib və indi də bu keçid üçün çalışdıqlarını vurğulayıb.

 

“Salernitana”nın qeyri-rəsmi bir saytı isə Çitro uğrunda mübarizədə əsas rəqiblərinin məhz “Qarabağ” olduğunu yazıb. Onlar hətta Ağdam təmsilçisinin bu məsələdə öndə olduğunu iddia ediblər: “Salernitana”nın maraq dairəsində olan iki futbolçudan biri də Nikola Çitrodu. Son məlumatlara görə, bir xarici klub “Qarabağ” da onu transfer etmək fikrindədi. Ötən mövsüm Avropa Liqasının qrupunda oynamış Azərbaycan təmsilçisi onu bizim əlimizdən almağa çalışır. Onların Çempionlar Liqasında iştirak etmələri təcrübəli oyunçunun seçimində böyük rol oynaya bilər”.

 

Qeyd edək ki, “Salernitana” ilə yanaşı, B seriyasının digər komandaları “Benevento” və “Avellino” da Nikola Çitro ilə maraqlanır.

0