[b]Türkiyəli futbolçular: biri “İnter”lə, digəri "Valensiya” ilə anlaşdı[/b]
27.05.2017 - 11:01
[b]Türkiyəli futbolçular: biri “İnter”lə, digəri "Valensiya” ilə anlaşdı[/b]

Türkiyə yığmasının futbolçuları Enes Ünal və Tolqay Arslan komandalarını dəyişməyə hazırlaşırlar. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Enes gələn mövsümdən “Valensiya”da, Tolqay isə “İnter”də çıxış edəcək.

 

Müqavilə ilə “Mançester Siti”yə məxsus olan və ötən mövsümü “Tvente”də keçirən Enes Ünal La Liqa klubunda da icarə əsasında oynayacaq. Tərəflər arasındakı razılığa görə, “yarasalar” gənc forvardın çıxışından məmnun qalsa, onu 40 milyon avroya transfer etmək hüququna malik olacaq.

 

Tolqayın “İnter”ə keçidi isə klubu “Beşiktaş”a 5 milyon avro qazandıracaq. Yarımmüdafiəçinin yeni komandasında illik məvacibi 2,1 milyon avro təşkil edəcək.

 

Qeyd edək ki, 2015-ci ilin yanvarından “Beşiktaş”ın formasını geyinən Tolqay Arslan 2 il yarım ərzində 71 matçda iştirak edib, 2 qol, 9 məhsuldar ötürmə ilə diqqət çəkib. Enes Ünal isə ötən mövsüm Hollandiya çempionatında 33 görüşdə 19 dəfə rəqib qapılarına yol tapıb.

0