[b]Ronaldo borcunu ödədi, amma...[/b]
27.05.2017 - 11:26
[b]Ronaldo borcunu ödədi, amma...[/b]

“Real”ın hücumçusu Kriştianu Ronaldo İspaniya hökumətinə olan 6 milyon avroluq borcunu ödəyib. Apasport.az saytının “Marca” nəşrinə istinadən məlumatına görə, vergidən yayınmaqda ittiham edilən portuqaliyalı superulduz bununla canını qurtarmaya bilər.

 

İspaniyanın Vergi Xidməti onun 2011-2014-cü illər ərzində Vircin adalarındakı "ofşor" hesablarından istifadə etdiyini, nəticədə dövlət büdcəsinə 8 milyon avro ödəmədiyini bildirib. 32 yaşlı futbolçunun bu üzdən həbsi tələb edilirdi.

 

Portuqaliya millisinin kapitanı 6 milyon avroluq borcunu ödəsə də, məbləğ daha da arta bilər. Belə ki, cinayət işi təsdiqlənərsə, onun 16 milyon avroya qədər cərimələnməsi istisna deyil.

0