[b]"İndi onlara lazım deyiləm" - “Neftçi”nin serbiyalısı[/b]
27.05.2017 - 12:07
[b]"İndi onlara lazım deyiləm" - “Neftçi”nin serbiyalısı[/b]

“Srvena Zvezda” mənim evimdi. Həmişə də belə olacaq”. Apasoport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin qapıçısı Boban Baykoviç deyib.

 

Ötən mövsümün gedişində “Neftçi”yə “Lyers” klubundan transfer edilən serbiyalı qolkiper ölkəsində hotsport.rs saytına danışıb.

 

32 yaşlı qolkiper sabiq komandası “Srvena Zvezda”ya qayıtmaq arzusunda olduğunu bildirib: “Sevimli komandama qayıtmaq arzusunda olduğumu hər kəs bilir. Amma indi onların 3 güclü qapıçısı var. Gənc Filip Manoyloviç bu komandanın gələcəyidi. Həmçinin təcrübəli Neyanya Supiç və Damir Kahrimana da məxsusdular. Fikrimcə, indiki vəziyyətdə onlara lazım deyiləm”.

 

Qeyd edək ki, “Neftçi” ilə müqavilə müddəti bu ilin sonuna qədər olan Boban Baykoviçin komandada qalıb-qalmayacağı hələ bəlli deyil.

0