[b]Mövsümün simvolik heyəti açıqlandı[/b]
27.05.2017 - 12:44
[b]Mövsümün simvolik heyəti açıqlandı[/b]

Almaniya Bundesliqasında 2016-17 mövsümünün rəmzi komandası açıqlanıb. Apasport.az-ın Bundesliqanın rəsmi saytına istinadən məlumatına görə, simvolik “11-lik” azarkeşlər arasında aparılan sorğu ilə müəyyənləşib.

 

7 milyon 600 min səsin toplandığı sorğunun nəticəsinə görə müəyyənləşən heyətdə çempion “Bavariya” 4 futbolçu ilə təmsil olunub. Dortmund “Borussiya”sının isə 3 üzvü rəmzi komandaya düşüb.

 

Qapıçı: Manuel Noyer ("Bavariya")

Müdafiəçilər: Sead Kolaşinaç ("Şalke"), Mats Hummels ("Bavariya"), Niklas Süle ("Hoffenhaym"), Lukas Pişek ("Borussiya" Dortmund)

Yarımmüdafiəçilər: Emil Forsberq, Nabi Keyta (hər ikisi "Leypsiq"), Tiaqo Alkantara ("Bavariya"), Osman Dembele ("Borussiya" Dortmund),

Hücumçular: Robert Levandovski ("Bavariya"), Pyerr-Emerik Obameyanq ("Borussiya" Dortmund).

0