[b]“Qarabağ” Gürcüstan klubları ilə qarşılaşacaq[/b]
27.05.2017 - 12:55
[b]“Qarabağ” Gürcüstan klubları ilə qarşılaşacaq[/b]

"Qarabağ"ın 11 yaşadək futbolçulardan ibarət komandası Gürcüstana yollanacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ağdamlılar Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək.

 

Bu gün başlayan yarış iyunun 2-nə qədər davam edəcək. “Qarabağ” birinci qrupda Gürcüstanın "İveriya", "Olimpik" və "Champion" klubları ilə qarşılaşacaq.

 

Azərbaycan təmsilçisi ilk oyunu bu gün "İveriya"ya qarşı keçirəcək. Oyunlar Tbilisi "Dinamo"su akademiyasının meydançalarında baş tutacaq.

 

0